Qadin.NET / Toyuq paşteti (foto resept)

Toyuq paşteti (foto resept)

Tərkibi:

3 y.q "Zeytun bağları" zeytun yağı
1 ortaboy qabaq (kabaçok)
yarım soğan 
4 diş sarımsaq
2 ədəd yumurta (kənarda çalınmış olsun.)
500 q çəkilmiş toyuq əti
500 q çəkilmiş hindi əti
Stəkan yarım suxarı
1/4 st. rəndələnmiş parmezan pendiri
1/4 st. ketçup

Duz, istiot

Qlazur üçün:

1/2 st. ketçup
2 y.q soya sousu
2 y.q qəhvəyi şəkər tozu

Hazırlanması:

Sobanı yandırın və dərəcəni 1800C-yə qoyun. Yağı vam odda isidin. Üzərinə rəndələnmiş qabaq, narın doğranmış soğan, əzilmiş sarımsaq əlavə edib qarışdırın. 5 dəqiqə və ya soğanlar ölənə qədər bişirin və sonra qazı söndürün. Qarışıma dəyməyin ki, bir qədər kənarda qalıb özünü tutsun.

Ayrı bir qabda suxarıdan başqa yerdə qalan bütün ərzaqları yaxşıca qarışdırın. Üzərinə soyumuş soğanlı qarışımı da əlavə edib qarışdırın. Hazır qarışıma rulet forması verin. Rulet forması vermək mütləq deyil. İstəyən fantaziyasına uyğun başqa formalar da edə bilər. 

Sobanın qabını yağlayın və ruleti sobanın qabına qoyun. Sonra isə qlazuru hazırlayın. Qlazur üçün lazım olan ərzaqları qarışdırın və paştetin üzərinə çəkin.  

Paştet 180 dərəcədə 50-60 dəqiqəyə bişir (üzəri qızarana qədər).

Toyuq paşteti (foto resept)

Nuş olsun! 

(Tərcümə edilib.)

31 avqust 2014
GO BACK