Qadin.NET / Kartof salatı (foto resept)

Kartof salatı (foto resept)

Tərkibi:

4 yumurta

4 kartof

3 ədəd turşu xiyar

1 ədəd toyuğun döş əti

Marinadlaşdırılmış qırmızı lobya

Mayonez

Duz, istiot

Arzuya görə göy soğan

Üzəri üçün:

Cəfəri və ya yaşıl zeytun

Hazırlanması:

Kartof, yumurta və toyuq filesini bişiririk. Bişmiş yumurtanın kub şəkildə doğrayırıq.

Sonra kartofu da bu formada doğrayırıq.

Turşu xiyarı da kub-kub doğrayırıq.

Toyuğun ətini əlimizlə didirik.


Sonra hamısını bir qaba töküb qarışdırırıq.

Mayonez, duz, istiot vurub yenə də qarışdırırıq.

Qaba qoyuruq, üzərini cəfəri və ya yaşıl zeytunla bəzəyirik.

Salatımız hazırdır

Nuş olsun!

1 sentyabr 2014
GO BACK