Qadin.NET / Kartof qəlyanaltısı (foto resept)

Kartof qəlyanaltısı (foto resept)

Tərkibi:

4 ədəd kartof

4 diş sarımsaq

100 qr "Möcüzə" paket yağı

2 x/q  xama

200 qr parmezan pendiri

4 ədəd doğranmış yağlı ət

(toyuq əti ilə əvəz etmək olar)

1-2  x/q xırda doğranmış şüyüd 

1 x/q xırda doğranmış göy soğan

5-6  x/q "Zeytun Bağları" zeytun yağı

 İstiot

Duz

Hazırlanması:

Kartofu təmız yuyun. Qurulayıb 5-10 dəqiqədən sonra  bir az duz səpilmiş zeytun yağı ilə qarışdırın.

Kartof qəlyanaltısı (foto resept)

Və  200  dərəcədə qızdırılmış sobada bir saat yarım ərzində bişməyə qoyun.

Kartof bişənə qədər 4 diş sarımsağı qabıqlı halda alminium kağızın üstünə goyub ədviyyat səpin. Sonra 1 x/q zeytun yağı və 1 x/q "Möcüzə" kərə ətirli paket yağı əlavə edib bükün. Sobaya yerləşdirin kartofla birlikdə bişsin.

Kartof qəlyanaltısı (foto resept)

Sonra əti bacardığınız qədər xırda doğrayıb qızardın.

Kartof qəlyanaltısı (foto resept)

 Bişmiş kartofu sobadan çıxardıb bir qədər soyumağını gözləyin. İlıq kartofları iki hissəyə bölün.

Bi qədər ehtiyyat edin ki, qabığı zədələnməsin.

Kartof qəlyanaltısı (foto resept)

 Orta hissəsindən səliqəli şəkildə götürün.

Götürdüyümüz hissəni bir qaba yığın. Bir qədər doğranmış göyərti xama, zeytun yağı, qızarmış ət və sobada bişirdiyiniz sarımsağı  (qabığını soyuduqdan sonra təmizləyin) xırda doğrayıb əlavə edin. Pendiri sürtkəcdən keçirib qarışığa əlavə edin.

Kartof qəlyanaltısı (foto resept)

Və ovulmuş kartofların içinə hazırladığımız pendirli içılikdən yerləşdirin.

Kartof qəlyanaltısı (foto resept)

Sonra hazır dolmuş kartofların üzərinə iki dilim "Möcüzə" kərə ətirli paket yağından qoyun.

Diqqət edin ki, yağ donmuş halda olsun.

Üzərindən sürtkəcdən keçirilmiş pendir səpin.

Kartof qəlyanaltısı (foto resept)

Sonra 7-10 dəqiqəlik soboya yerləşdirin.

Qızılı rəng alanda çıxarıb üzərinə zeytun yağı əlavə edin (hər birinə 1ç/q).

Və kartoflu qəlyanaltımız hazır.

Kartof qəlyanaltısı (foto resept)
Nuş olsun!
(tərcümə edilib)
7 avqust 2014
GO BACK