Qadin.NET / İçi doldurulmuş yumurta (foto resept)

İçi doldurulmuş yumurta (foto resept)

Tərkibi:

200 q toyuq əti

6 ədəd yumurta

50 q pendir (ərinmiş)

50 q yaşıl zeytun

5-6 ədəd kahı yarpaqları

Duz

 Bəzək üçün:

5-10 ədəd  qarağat (zeytun da olar)  

Turp

Hazırlanması:

Toyuğun döş ətini bişməyə qoyuruq.

Qaynamağa başlayanda içinə dəfnə yarpağı və bir az duz, istiot əlavə edirik ki, ət dad götursün.  

 Yumurtanı bişirib, soyumağa qoyuruq.

İki hissəyə bölün ki, tez soyusun.

 

İçi doldurulmuş yumurta (foto resept)

 

Əti sümükdən ayırın və blenderdən keçirin. 

 

İçi doldurulmuş yumurta (foto resept)

 

Yumurtanın sarısı, zeytunu və pendiri farş halına düşənə qədər kiçildin və toyuq əti ilə qarışdırın.

 

İçi doldurulmuş yumurta (foto resept)

 

 

Kahının yarpaqlarını yuyub, quruduruq. Dayaz qabın üzərinə düzürük.
Yumurta ağlarını kahı yarpağının üzərinə düzürük.

Hazır içlikdən səliqəli şəkildə yumurta ağlarının içinə yerləşdiririk.

İçi doldurulmuş yumurta (foto resept)

Turpu təmizləyib, bıçaqla istənilən forma verin. 

Ya  da öz istədiyiniz kimi bəzəyə bilərsiniz. 

İçi doldurulmuş yumurta (foto resept)
İçi doldurulmuş yumurta (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

16 avqust 2014
GO BACK