Qadin.NET / Toyuq ətli salat (foto resept)

Toyuq ətli salat (foto resept)

Tərkibi:

2 ədəd toyuq filesi 

Karri tozu

Qara istiot

1 ç.q "Möcüzə" duru yağı

5-6 ədəd kahı yarpağı

1 ədəd avokado

2 ədəd alma 

Yarım dəstə cəfəri

2-3 x.q nar dənəsi

5 x.q "Möcüzə" duru yağı

1 x.q bal

2 x.q sirkə

Duz

Hazırlanması:

Əvvəlcə karri tozu ilə istiotu qarışdırıb toyuq filesinə səpin və  yaxşıca qarışdırın. Biraz dursun ki, ət dad götürsün.

Toyuq ətli salat (foto resept)

Sonra duru yağda qızardın.

Toyuq ətli salat (foto resept)

Ət soyuyana qədər kahı yarpaqlarını əlinizlə xırdalayın. Cəfərini isə xırda doğrayın.

Alma soyulur və xırda dilimlərə bölünür.

Toyuq ətli salat (foto resept)

Sonra avokado soyulub doğranılır.

İndi soyumuş əti şəkildəki kimi  doğrayın və doğranmış meyvələrin üzərinə tökün.

Bir şüşə bankada salata sous edək.

Toyuq ətli salat (foto resept)

Karri tozu, bal, zeytun yağı, sirkə, duz - hamısını bir yerdə ağzı bağlı halda yaxşı çalxalayın.

Hazır sousu salatın üzərinə tökün ki, hər yerinə dəysin.

Toyuq ətli salat (foto resept)

Sonda isə üstünən nar dənəlirini səpələyin.

Salatımız hazırdır.

Toyuq ətli salat (foto resept)
Nuş olsun!
(tərcümə edilib)
11 avqust 2014
GO BACK