Qadin.NET / Qozlu badımcan salatı (foto resept)

Qozlu badımcan salatı (foto resept)

Tərkibi:

2 ədəd badımcan

2 diş sarımsaq (xırda doğranmış)

2 x.q xırda doğranmış kərəviz

3 x.q limon şirəsi

3 x.q "Möcüzə" duru yağı

100-150 q qoz ləpəsi (çəkilmiş)

2 ədəd pomidor (bəzək üçün)

Şüyüd

Ədviyyatlar

 Duz, istiot

Hazırlanması:

Yuyulmuş təmiz badımcanları bıçaqla bir neçə yerindən deşin və isti sobada bişirin.

Qozlu badımcan salatı (foto resept)

Yaxşı bişəndən sonra qabığını soyun. Soyulmuş badımcanları bıçaqla xırdalayın.

Qozlu badımcan salatı (foto resept)

Doğranmış badımcanların üzərinə zeytun yağı, duz, istiot, limon şirəsi, ədviyyatlar, göyərti əlavə edirik və bir az saxlayırıq (5-10 dəqiqə).

Qozlu badımcan salatı (foto resept)

Doğranmış və ya çəkilmiş qozu bu qarışığa əlavə edirik.

Qozlu badımcan salatı (foto resept)

Bir daha hamısını bir yerdə qarışdırırıq.

Qozlu badımcan salatı (foto resept)

Və salat qabımızda servis edirik. Üzərinə də doğranmış şüyüd səpirik.

Qozlu badımcan salatı (foto resept)

 

Nuş olsun! nyam 
  (Tərcümə edilib)
14 iyul 2014
GO BACK