Qadin.NET / Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Tərkibi:

6 ədəd şirin bibər

1 ədəd toyuq filesi

300 q təzə göbələk

150 q bərk pendir

1 ədəd soğan

10 ədəd qara zeytun (dənəsi çıxarılmış)

1 dəstə cəfəri (bəzək üçün)

Zövqə görə ədviyyatlar

"Möcüzə" duru yağı (qızartmaq üçün)

Hazırlanması:

Bibərlər yuyulur və şəkildəki kimi kəsilib içi təmizlənir.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Toyuğun döş əti şəkildəki kimi doğranır.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Tavaya bitki yağı əlavə olunur və döş əti qızarana kimi bişirilir.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Göbələk şəkildəki kimi doğranır.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Zeytun və soğan da doğranır.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Qızardılmış döş ətinə göbələk, zeytun və soğan əlavə edib yenidən bişirilir.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Pendir sürtkəcin iri gözündən keçirilir.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Hazır qarışıq ayrı bir qaba qoyulur və üzərinə pendir, duz, zövqə görə ədviyyat əlavə olunur və yaxşıca qarışdırılır.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Listə yağ vurulur, hazır içlik bibərlərin içinə qoyulur və 200 dərəcədə 30-35 dəqiqə bişirilir.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Süfrəyə verilərkən cəfəri ilə bəzədilir. Yeməyimiz hazırdır.

Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

12 iyul 2014
GO BACK