Tərkibi:
7 ədəd kartof
50 q pendir
30 q "Möcüzə" paket yağı
1 x.q mayonez
1 x.q xırda doğranmış şüyüd
1-2 diş sarımsaq
Duz
Hazırlanması:
Kartofu təmiz yuyun, çəngəl ilə bir neçə yerdən deşin və isti sobada 180 dərəcədə 45 dəqiqə bişirin.
Pendiri sürtkəcin xırda gözündən keçirin. Şüyüdü xırda-xırda doğrayın və üzərinə mayonez, kərə yağı, duz, sarımsaq vurub qarışdırın.
Ondan qoz boyda kürəciklər hazırlayın.
Bişmiş kartofu sobadan çıxardıb bir az soyudun. İlıq kartofların üstünü bir az kəsin.
Bir az ehtiyatlı olun ki, kartof çox ayrılmasın. Hətta orta hissəsindən səliqəli şəkildə bir az götürə bilərsiniz ki, kürəciklər onun içinə rahat yerləşsin.
Hazır kürəcikləri kartofun içinə yerləşdiririk.
Süfrəyə verərkən 2-3 dəqiqə isti sobada isidin ki, pendir bir az yumşalsın.