Qadin.NET / Kokteyl salatı (foto resept)

Kokteyl salatı (foto resept)

Tərkibi:

2 ədəd toyuğun döş əti  

2 dilim konservləşdirilmiş ananas

15-20 ədəd qoz ləpəsi

 100 q bərk pendir

1 x.q xardal

150 q xama

0.5. portağal qabığı və şirəsi

Yumurta

Duz

İstiot (ağ rəngli)

150 q. "Möcüzə" duru yağı

Bəzək üçün

1 pomidor

Göyərti

Hazırlanması:

Bişmiş toyuq ətini iri dilimlərə bölün və salat qabınızın dibinə yığın.

Kokteyl salatı (foto resept)

Ananas da kub şəklində doğranılir.

Kokteyl salatı (foto resept)

Pendir sürtkəcin iri gözündən keçirilir.

Kokteyl salatı (foto resept)

Qoz da xırda doğranılır və pendirin üstünə əlavə edilir. 

Kokteyl salatı (foto resept)

İndi isə blenderdə yumurta ilə xardalı yaxşı qarışdırın və duru yağı da bura əlavə edin.

 Həmin bu qarışığı qaynar suyun üstünə qoyun, yəni buxar üstündə qızdırın.

Qarışdıra qarışdıra xama əlavə edin və portağal şirəsini və qabığını sürtkəcdən keçirin.

Duz, istiot vurun və budur sous hazırdır.

İndi isə həmin sousla salatımızın üstündən gəzdirin.

Kokteyl salatı (foto resept)

Pomidorla bəzək veririk.

Bir az soyuducuda saxladıqdan sonra, süfrəyə verə bilərsiniz.

 Kokteyl salatımız hazırdır.

 

Kokteyl salatı (foto resept)

 

Nuş olsun!

(tərcümə edilib)

21 avqust 2014
GO BACK