Qadin.NET / Toyuq ətli salat (foto resept)

Toyuq ətli salat (foto resept)

Tərkibi:

2 ədəd  toyuq filesi

0.5 ç.q xardal

0.5 ç.q quru paprika bibəri

 Mayonez
0.5 ç.q duz

Bir neçə çür istiot - cəmi  0.5 ç.q

 Suxarı (1 batonun 1/3 hissəsi)      

 50-70 q qara zeytun

Pendir

3-4 ədəd kahı yarpağı

1 x.q "Möcüzə" duru yağı

Hazırlanması:

Toyuğun filesini uzun-uzun doğrayırıq.

Toyuq ətli salat (foto resept)

Sonra isə bu doğranmış əti duz, istiot və xardal qarışığında 20 dəqiqə basdırma kimi saxlayırıq ki, ət dad götürsün.  

Daha sonra 1 x.q zeytun yağı ilə qızardırıq (7 dəqiqə, ət qızılı rəngdə olana qədər).

Toyuq ətli salat (foto resept)

Tez bir qaba boşaldın ki, soyusun. 

Toyuq ətli salat (foto resept)
Sonra kahı yarpaqlarını əlimizlə xırda parçalara bölürük və ətin üzərinə əlavə edirik.

Pendiri də kub formasında doğrayırıq. 

Zeytunu da doğrayırıq. Əgər zeytunlar kiçikdirsə, onda bütöv əlavə edin.

Suxarını da əlavə edin.

Toyuq ətli salat (foto resept)

 Bolluca mayonezləyirik və azca duz, istiot vururuq.

Salatımız hazırdır.

Toyuq ətli salat (foto resept)

 Nuş olsun! nyam

(Tərcümə edilib)

17 iyul 2014
GO BACK