Qadin.NET / Suxarı salatı (foto resept)

Suxarı salatı (foto resept)

Tərkibi:

5 yumurta

5 orta boy kartof

Kabablı və ya pendirli suxarı

1 ədəd toyuq filesi

Duz, istiot, mayonez

Holland pendiri

Qoz 

Hazırlanması:

Kartof, yumurta və toyuq filesini bişiririk.

Toyuq filesini didirik.

Suxarı salatı (foto resept)

Kartofu sürtkəcdən boşqaba keçiririk, üzərinə mayonez, duz, istiot vururuq.

Suxarı salatı (foto resept)

Yumurtanı sürtkəcdən keçiririk, kartofun üzərindən mayonez, zövqə görə duz, istiot vururuq.

Suxarı salatı (foto resept)

Suxarını da yumurtanın üzərindən qoyuruq.

Suxarı salatı (foto resept)

Toyuq filesini suxarının üzərinə qoyuruq, hər tərəfini bolluca mayonezləyirik və azca duz, istiot vururuq.

Suxarı salatı (foto resept)
Suxarı salatı (foto resept)

Holland pendirini sürtkəcdən keçirib mayonezin üzərindən hər tərəfinə vururuq.

Suxarı salatı (foto resept)

Qozu xırda-xırda doğrayırıq, holland pendirinin üzərindən tökürük.

Suxarı salatı (foto resept)

Suxarı salatımız hazırdır.

Suxarı salatı (foto resept)

Nuş olsun!

9 iyul 2014
GO BACK