Tərkibi:
300 q toyuq filesi
400 q kartof
3 ədəd yumurta
300 q kök
200 qr marinadlaşdırılmış göbələk
Göy soğanın saplağı
Mayonez
Cəfəri (bəzəmək üçün)
duz
Hazırlanması:
Əvvəlcə yumurta, yerkökü, kartof və toyuq filesini bişiririk.
Kartof sürtkəcin xırda gözündən keçirilir.
Kök sürtkəcin xırda gözündən keçirilir.
Bişmiş toyuq filesi kub şəklində doğranır.
Yumurta sürtkəcin xırda gözündən keçirilir.
Göbələk kub şəklində doğranır.
Soğan xırda doğranılır.
İndi salatı düzəltməyə başlayırıq. 1-ci qat: Kartofu qoyuruq və üzərinə mayonez çəkirik.
2-ci qat: Doğranmış göbələk və mayonez.
3-cü qat: kartofun üstündən kökü rəndələyib tökürük və mayonez çəkirik.
4-cü qat: toyuq əti və mayonez.
5-ci qat: Doğranmış soğan və mayonez.
Yumurtaların üzərindən azca mayonez çəkirik. Ardından isə cəfərinin yarpaqlarını səpirik.