Tərkibi:
(6 nəfərlik)
300 q toyuq filesi
3 ədəd yumurta
100 q alma
300 q xiyar
150 q mayonez
100 q pomidor
30 q göyərti (zövqə görə)
Hazırlanması:
Toyuq əti ilə yumurtanı bişirib soyudun. Xiyarların qabığını təmizləyin. Almanı da təmizləyin və qabıqlarını soyun.
Bişmiş toyuq ətini ya bıçaqla kibrit çöpü uzunluğunda kəsin, ya da ki, əlinizlə didin.
Yumurtanı da kvadrat şəklində doğrayın. Amma cox kiçik olmasın.
Almanı kibrit çöpü şəklində doğrayın.
Xiyarı da almaya uyğun şəkildə doğrayın.
Bütün ərzaqları bir-birinə qarışdırın.
Üzərinə mayonez əlavə edib yenidən qarışdırın.
Pomidoru yumru halqa şəklində doğrayın və salatın üzərinə bəzək kimi düzün.
Nuş olsun!
(Tərcümə edilib)