Qadin.NET / Bibərli kələm salatı (foto resept)

Bibərli kələm salatı (foto resept)

Tərkibi:

(6-8 porsiya üçün)

 500 q ağ kələm

200 q xiyar 

Yarım şirin bolqar bibəri

Yarım limon

Yarım ç.q duz

Yarım dəstə şüyüd

3-4 x.q "Zeytun Bağları" zeytun yağı

Hazırlanması:

Kələmi kibrit çöpü uzunluğunda doğrayın. 

Bibərli kələm salatı (foto resept)

Üzərinə duz və limon suyu əlavə edin.
Bundan sonra kələmi yaxşıca qarışdırın. Bir-iki dəqiqə qarışdırmaq bəs edər. Limon suyu və duz kələmə hopmalıdır. Kələm yumşalmalı və bir az sulanmalıdır.

Bibərli kələm salatı (foto resept)

Bibəri də uzun formada doğrayın.  Xiyarı da bibər və kələmə uyğun şəkildə doğrayın. Şüyüdü isə xırda-xırda doğrayın. 

Bibərli kələm salatı (foto resept)
Üzərinə duru yağı gəzdirin.
Bibərli kələm salatı (foto resept)

Ərzaqları bir-birinə qarışdırın. Hazır salatı iki gün soyuducuda saxlamaq olar. Salat qaldıqca suyu çıxacaq, amma bu onun keyfiyyətinə xələl gətirməyəcək. Onu da qeyd edim ki, bu salat əsl pəhriz salatıdır. 

Bibərli kələm salatı (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

3 aprel 2016
GO BACK