Qadin.NET / Kartoflu qayğanaq (foto resept)

Kartoflu qayğanaq (foto resept)

Tərkibi:

6 ədəd yumurta

2 ədəd orta boy kartof

1 ədəd bolqar bibəri

Yarım soğan

Duz

İstiot 

Hazırlanması:
Bibəri və soğanı doğrayıb yağda qovururuq.

Kartofları da doğrayıb yağda bir az qızardırıq.
Sonra bibəri əlavə edib birlikdə qovururuq.
Bir kənarda yumurtaları yaxşıca çalırıq.
Sonra qovrulmuş kartofun üzərinə əlavə edirik.
Bişdikdən sonra istədiyimiz formada kəsib servis edirik.
Kartoflu qayğanaq (foto resept)
Nuş olsun!
28 aprel 2014
GO BACK