Tərkibi:
7-8 ədəd pendir dilimi
180 qram kəsmik
1-2 diş sarımsaq
3-4 ədəd qoz
1 xörək qaşığı mayonez və ya xama
Zövqə görə göy soğan
Hazırlanması:
3-4 ədəd qozu blenderdən keçirik.
Kəsmiyimizi çəngəlin köməkliyilə əzirik, xırda doğranmış sarımsaqları, 1 xörək qaşığı mayonez və ya xamanı, bir də blenderdən keçirilmiş qozu kəsmiklə bərabər yaxşıca qarışdırırıq.
1 xörək qaşığı içliyimizdən götürüb əridilmiş pendirin içərisinə qoyuruq.
Pendiri içliklə bərabər aşağıdakı kimi bükürük.
Ortadan göy soğanla bağlayırıq. Soyuducuda 15-20 dəqiqə saxladıqdan sonra süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun.
(Tərcümə edilib)