Qadin.NET / "Filadelfiya" rollı (foto resept)

"Filadelfiya" rollı (foto resept)

Tərkibi:

 200-250 qr qızıl balıq

0,5-1 ədəd nori 

Kəsmikli yumşaq pendir

Avokado - 1 ədəd

Təzə xiyar - 1 ədəd

Düyü - 100 q

 Hazırlanması:

Düyü bişirilib kənara qoyulur ki, soyusun.

Bambukdan hazırlanmış salfetin üzərinə yarıya bölünmüş norini qoyuruq. 

"Filadelfiya" rollı (foto resept)

 Onun üzərinə 80 q düyü əlavə edib norinin üzərinə yayırıq.  2 sm yer saxlayırıq - ora düyüsüz qalır. 

"Filadelfiya" rollı (foto resept)

 

"Filadelfiya" rollı (foto resept) 

Sonra düyü olan tərəfi salfetin üzərinə çevirib üstündən bir az basırıq ki, düyü noriyə tam yapışsın.

"Filadelfiya" rollı (foto resept)

 Düyü qoymadığımız tərəfdən əvvəl pendiri yayırıq. 

"Filadelfiya" rollı (foto resept)
Sonra ərzaqları düzürük.  
"Filadelfiya" rollı (foto resept)

 Ərzaqlar içəridə olmaq şərti ilə rollını bükürük. Düyü olan hissə üstdə qalır.

"Filadelfiya" rollı (foto resept)

Sonra düyünün üzərindən qızıl balığın tikələrini qoyub yenidən bükürük.  6-8 hissəyə doğrayıb qaba  yığırıq.

"Filadelfiya" rollı (foto resept)
Süfrəyə zəncəfil tutması, vasabi (yaşıl xardal) və soya sousu ilə verilir. 
"Filadelfiya" rollı (foto resept)
 Nuş olsun!
5 aprel 2016
GO BACK