Tərkibi:
(Bu ərzaqlardan ancaq 3 ədəd yerkökü çıxa bilər.)
6 ədəd normal ölçüdə yerkökü
1-2 diş sarımsaq
1 dəstə keşniş və ya şüyüd
Mayonez
Xama
1 toyuğun döş əti
Zövgə görə duz
Hazırlanması:
Əvvəlcə əti və yerkökünü suda bişiririk və yerkökünün qabıqlarını təmizləyirik.
Sonra isə yerkökünü sürtkəcin narın gözündən keçiririk, əti didirik, sarımsağı əzib mayonez və xamayla qarışdırırıq
Hazırlayacağımız qaba əti yerkökü formasında, yəni bir başı enli yumru, o biri başı nazik uzun düzürük.
Üzərindən duz vurub mayonezi ehmallıca çəkirik.
Üzərindən yerkökünü qalın qatla səririk və qaşığın arxa hissəsi ilə hamarlayıb qıraq və üstünü düzəldirik.
Duz səpirik və qaşığın sapı ilə üzərinə çatlar atırıq ki, yerköküyə tam bənzəsin.
Qeyd: Bu salat həm sarımsaqlı, həm də yerkökülü olduğu üçün uşaqlarımıza çox xeyri var.
Nuş olsun!