Bu salat bir növ duzlu balıqla hazırlanmış şuba salatını xatırladır. Amma şuba salatından daha dadlı olur.
Tərkibi:
1 banka morina balığının qaraciyəri
3 ədəd kartof
1 ədəd kök
3 ədəd yumurta
1 ədəd soğan
3 xörək qaşığı "Bizim tarla" konservləşdirilmiş yaşıl noxudu
Bir qab mayonez
3-4 xörək qaşığı mayonez
0.5 ədəd limon
Zövqə görə göy soğan
5-6 budaq cəfəri
5-6 yarpaq kahı
Hazırlanması:
Əvvəlcə bankadan morina balığının ciyərini çıxardıb boşqaba qoyuruq və gözləyirik ki, bir az qurusun.
Çəngəlin köməyi ilə qaraciyəri əzin.
Yumurtanı qaynadıb, soyudub, qabığını təmizləyib sonra da sürtgəcdən keçiririk.
Kartofu və kökü qaynadıb, kub formasında doğrayırıq. Soğanı da xırda-xırda doğrayırıq.
Cəfərini və göy soğanı da xırda-xırda doğrayırıq.
Kahının yarpaqlarını yuyuruq, gözləyirik qurusun. Aşağıdakı kimi dayaz boşqabın üzərinə düzürük, üzərinə isə mətbəx üçün olan kapron üzük formasını qoyuruq.
Formanın içinə doğranmış kartofu, üzərinə də soğanı töküb qaşıqla yüngülcə üstündən basırıq.
Soğanın üzərindən isə ciyərləri tökürük.
Daha sonra kökü də töküb mayonezlə üstündən yayırıq.
İndi isə yaşıl noxudu üzərinə düzürük.
Yumurtaları üstünə töküb, mayonezlə yayırıq.
Son hissəyə isə göyərtiləri tökürük.
Ehtiyatlı şəkildə formanı çıxarırıq və ətrafını limonla bəzəyirik.
Salatımız hazırdır.
Nuş olsun!
(Tərcümə olunub )