Tərkibi:
600 qr toyuq əti
1 banka konservləşdirilmiş ananas
1 banka konservləşdirilmiş qarğıdalı
100 qr qoz
4 ədəd yumurta
200 qr holland pendiri
Mayonez
2 xörək qaşığı xama
Zövqə görə istiot, duz
Hazırlanması:
Toyuğun əti bişirilir və didilir.
Yumurta bişirilib sürtkəcdən keçirilir.
Ananas doğranılır.
Pendiri sürtgəcdən keçiririk.
Mayonezi 2 qaşıq xama ilə azca duz əlavə edərək qarışdırırıq.
Bu doğranmış ərzaqları dərin bir qaba yığırıq.
Qozu doğrayıb bura əlavə edirik.
Bura duz, istiot və mayonez əlavə edib qarışdırırıq.
Serviz edəcəyimiz qabda bu qarışığa at nalı formasını veririk.
Sonra qarğıdalını bu formanın üzərinə düzürük.
"Xoşbəxtlik" salatımız hazırdır.
Nuş olsun.