Tərkibi:
Qızıl balıq - 200 qr
Düyü - 200 qr
Nori listləri
1 ədəd avokado
1 ədəd təzə xiyar
Yumşaq pendir
Marinada qoyulmuş zəncəfil
Soya sousları
Hazırlanması:
Ərzaqları uzun-uzun doğrayırıq.
Əvvəlcə düyü pörtlənir, otaq temprautuna qədər soyudulur.
Nori bambuk salfetin üzərinə sərilir, onun da üstündən düyü qoyulur.
Əvvəlcə xiyarı, yumşaq pendiri düzürük
Sonra balıq və avokado qoyulub bükülür.
Rollıya istədiyimiz formanı verə bilərik. Mən bu dəfə dördkünc formada etdim.
Sonra rollını mərkəzindən ikiyə ayırırıq və 6-8 hissəyə bölürük.
Marinada qoyulmuş zəncəfil və soya sousu ilə yeyilir.
Nuş olsun, xanımlar.