Tərkibi:
4 ədəd yumurta
3 ədəd kartof
3 ədəd kök
200 qr çəkilmiş toyuğun döş əti
konserva qarğıdalı
qoz
"Bizim Süfrə" limonlu mayonezi
Azərduz yodlu narın xörək duzu, istiot
Bəzəmək üçün:
2 ədəd qırmızı bibər
Şüyüd
Qara gavalı
Hazırlanması:
Yumurta,kök,kartof qaynadılır.
Döş əti bişənə kimi yağsız qovrulur.
Boşqaba əvvəl hazırlayacağımız fasona görə mayonez sürtülür. İlk qata kartof rəndələnir.Mayanez,duz,istiot,biraz qoz vurulur (hər qatda bunlar təkrarlanır).
Qarğıdalı bir qat düzülür.
Döş əti yayılır.
Yenə də eynilə sıralama təkrarlanır və ən üstdə yumurtanın ağı rəndələnir və onun üzərindən yarı hissəyə kartof rəndələnir (istəyə görə bu hissəni holland pendiri ilə əvəz etmək olar)
Şamın yanan hissəsinin hazırlanması: ən altda kartof,üstünə kök və bibərlə hazırlanır,ipi isə qara gavalıdan uzunsov bir hissə kəsib əsas hissəylə yanan hissə arasında yerləşdiririk.
Yolka hissənin hazırlanması: şüyüdlərin saçaq hissələri səliqəylə sola,sağa və ortaya düzülür,onun da üzərinə bibərdən ürək şəkilli və uzunsov hissələr kəsməklə bantik düzəlir.Hər hissəyə görünməyən tərəfindən diş çöpü taxılır və salata batırılır ki,bəzəklər salatın üzərindən sürüşməsin.Xırda bəzəklər isə yumurta ağı,qarğıdalı və bibərdən kəsilmiş kiçik hissələrdir.
Və uzun hazırlama müddətindən sonra Yeni il salatımız hazırdır.Ümüd edirəm ki,yeni il süfrənizi bəzəyəcək bir salat olacaq.Nuş olsun!
Yeni iliniz mübarək!