Qadin.NET / "Qar adamı "salatı (foto resept)

"Qar adamı "salatı (foto resept)

Tərkibi:
Kök
Kartof
Yumurta
Ərik qurusu
Təzə xiyar
Döş əti
"Bizim Süfrə" zeytunlu mayonezi

Bəzəmək üçün:
Yumurta ağı
Pomidor
Kök
Zeytun
Şüyüd
Rəngli konfetlər
Qarğıdalı 


Hazırlanması:
Kök,kartof,döş əti,yumurta qaynamağa qoyulur.

Ərik qurusu şəkildəki kimi doğranır.

 

Sonra xiyar  doğranır. 

Kartofun qabıqlarını soyub kvadrat şəkildə doğrayırıq.

 

Kökü də soyub,şəkildəki kimi doğrayırıq. 

Sonra yumurtanın qabığını soyub ağını sarısından ayırırıq.Sarısını salat üçün doğrayırıq,ağını isə üzərini bəzəmək üçün rəndədən keçiririk. 


Doğradığımız bütün ərzaqları mayonez ilə qarışdırırıq. 

Sonra salatdan boşqaba yayırıq və üzərinə yumurta səpib ağ qar meydançası düzəldirik.Salatdan balaca yolka
şəklində təpəcik düzəldirik.üzərini isə şüyüdlə bəzəyirik,nar dənələrindən və qarğıdalıdan isə oyuncaqlar qoyuruq.Sonra salatdan 3 fərqli ölçüdə yumru toplar düzəldib üst üstə qoyuruq.qar adamımızın başına pomidor kəsirik, özünü zeytunla,ağzını pomidor,burnunu kök ilə bəzəyirik.


Nuş olsun!

28 dekabr 2010
GO BACK