Qadin.NET / Sadə şaurma (foto resept)

Sadə şaurma (foto resept)

Tərkibi (4 nəfərlik):

4  ədəd kiçik ölçüdə nazik lavaş
1 ədəd orta boy kök
2 ədəd kiçik xiyar
6-7 ədəd toyuq budu, ya da döş əti
Zövqə görə duz, istiot
1/ 2 ədəd şirin bibər
(istəyə görə acı bibər vura bilərsiniz)
100 qr kahı
Sous və ya mayonez
Sarımsaq
Hazırlanması:
Xiyar və kök uzun-uzun doğranır.
Toyuq əti duru yağda qızardılır.
Bibərlər də həmçinin uzun-uzun doğranıb yağda qızardılır.
Toyuq əti də bu formada doğranır.
 
Sonda isə lavaşa sous çəkilərək, kahı, xiyar, bibər və toyuq əti qoyulub, duz, istiot, sarımsaq vurulur.
Sadə şaurma (foto resept)

Sadə şaurma (foto resept)
Şaurmamız hazırdır.
Nuş olsun!
(tərcümə edilib) 
30 dekabr 2013
GO BACK