Qadin.NET / "Hədiyyə paketi"salatı (foto resept)

"Hədiyyə paketi"salatı (foto resept)


Tərkibi:
200 qr mal əti.
2 ədəd kartof
3 ədəd "Bizim Tarla" xiyar turşusu
2 ədəd yerkökü
5 ədəd yumurta
"Bizim Süfrə" klassik mayonezi, xama
Azərduz yodlu narın xörək duzu, istiot zövqə görə.


Hazırlanması:

Mal əti bişirilir,və xırda didiir.

Kartof soyutma bişirilir,rəndədən keçiriir.

Turş xiyar rəndədən keçirilir.

Yerkökü bişirilir rəndədən keçirilir.

Yumurta soyutma bişirilir və rəndənin xırda gözündən keçirilir.

İndi isə keçək hazırlanmasına..Kartof boşqaba qoyulur üzərinə duz,istiot vurulur, xama və mayonez sürtülür.



Sonra üzərinə turş xiyar düzülür,və xama mayonez çəkilir.



Sonra üzərinə ət düzlür və xama ,mayonez çəkilir.

Sonra yerkökü düzülür xama,mayonez çəkilir.


Ən sonda salatın hər tərəfini yumurtanın ağı ilə örtürük.
Bəzəmək üçün isə yerkökünü yuyub quyuruq bişməyə,amma tam bişirmirik,alaçiy qalmamıdı ki,kəsəndə qırılmasın.Ortasındakı qızılgül isə çuğundurdan hazırlanıb.Salatımız hazırdı.


Nuş olsun!!!


26 dekabr 2010
GO BACK