Qadin.NET / "Şaxta baba papağı" salatı (foto resept)

"Şaxta baba papağı" salatı (foto resept)

"Şaxta baba papağı" salatı (foto resept)

Tərkibi:

6-7 ədəd kartof

6 ədəd yumurta

5 ədəd yerkökü

Toyuq filesi

(istəyən kolbasa da vura bilər)

1 dəstə soğan

2 ədəd "Bizim Tarla" duzlu xiyarı

"Bizim Tarla" konservləşdirilmiş yaşıl noxud

Mayonez, duz, istiot zövqə görə

Bəzəmək üçün nar

Hazırlanması

Kartof, yumurta, yerkökü və toyuq filesini bişiririk.

Sonra göy soğan, duzlu xiyar və toyuq filesini doğrayırıq.

"Şaxta baba papağı" salatı (foto resept)

3 yarım kartofu sürtkəcdən boşqaba keçiririk, üzərinə mayonez, duz ,istiot vururuq.

"Şaxta baba papağı" salatı (foto resept)

"Şaxta baba papağı" salatı (foto resept)

Yumurtanın ağını sarısından ayırırıq (ağını üzəri üçün saxlayırıq), sarısının 3-ünü sürtkəcdən keçiririk, kartofun üzərindən mayonez, zövqə görə duz, istiot vururuq.

"Şaxta baba papağı" salatı (foto resept)

Yumurta sarısının üzərindən 2 ədəd yerkökünü sürtkəcdən keçirib yayırıq, mayonez, duz, istiot vururuq.

"Şaxta baba papağı" salatı (foto resept)

Yerkökünün üzərindən öncə doğranmış duzlu xiyar və göy soğan, sonra doğranmış toyuq filesini tökürük, mayonez, duz, istiot vururuq.

 

"Şaxta baba papağı" salatı (foto resept)

 

"Şaxta baba papağı" salatı (foto resept)

Toyuq filesinin üzərindən yaşıl noxudu tökürük.    

"Şaxta baba papağı" salatı (foto resept)

2-ci qatı da bu formada edirik: əvvəl kartofu, sonra yumurta sarısını sürtkəcdən keçiririk, mayonez, duz, istiot vururuq.

"Şaxta baba papağı" salatı (foto resept)

Ən sonda şaxta babanın papağının üst hissəsini sürtkəcdən keçirilmiş yerkökü, alt hissəsini və qotazını isə yumurta ağı ilə bəzəyirik.

"Şaxta baba papağı" salatı (foto resept)

Üzərini mayonez və narla bəzəyirik.

Salatımız hazırdır.
"Şaxta baba papağı" salatı (foto resept)

Nuş olsunnyam

25 dekabr 2013
GO BACK