Qadin.NET / Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)

Yeni il üçün hazırlanan salatlar (2) (foto resept)

Tərkibi:

300-400 qr toyuq döş əti

3 ədəd kök

3 ədəd kartof

4-5 ədəd yumurta

1 ədəd qırmızı soğan və ya çuğundur

Duz, istiot

Mayonez və ya xama

1 dəstə cəfəri, kahı

2-3 ədəd konservləşdirilmiş zeytun

Bu salatda da damaq dadınıza uyğun salat hazırlayıb görüntünü verə bilərsiz.

Hazırlanması:

Toyuğun döş əti bişirilib, soyudulur və xırdalanır. Qalan ərzaqlar qaynadılıb soyudulur və ayrı-ayrılıqda sürtgəcin iri gözündən keçirilir.

Ağ kağız üzərində poni şəkli çəkib şəkildəki kimi kəsirik.

Boşqaba kahını düzürük.
Əvvəlcə dairə şəklində ərzaqları sıra ilə yığıb, aralarına duz, istiot və mayonez çəkərək üst-üstə yığırıq.
Kəsdiyimiz kağızı salatın üzərinə qoyaraq qıraqlarına sürtgəcdən keçirilmiş yumurtanın ağını səpirik.
Kağızı götürüb yerinə zövqə görə istənilən ərzaqdan üst-üstə bir-iki qat yığılır (aralarına mayonez çəkməklə).
Sonda yumurta sarısı səpilir.
Baş hissəsini bəzəmək üçün kökdən nazik dilimlər kəsilib düzülür. Göz, ağız hissəsi zeytunla bəzədilir.
Ayaq hissəsi üçün yumurta ağı və zeytundan istifadə edilir.
Yəhər hissəsinə çox xırda doğranmış qırmızı soğan və ya çuğundurdan istifadə edilir.
Xırda dogranmış cəfəri şəkildəki kimi səpilir.
Əziz xanımlar, Yeni il süfrəsi üçün salatınızı aşağıdakı şəkilləri izləyərək bəzəyə bilərsiniz:






Nuş olsun!
                                                                                             (Tərcümə edilib)
12 dekabr 2013
GO BACK