Tərkibi:
Yarım kq qiymə
6 ədəd lavaş
1 armudu stəkan incə bulqur
1 çay stəkanı doğranmış qoz ləpəsi
3 ədəd qırmızı bolqar bibəri
2 baş soğan
Bir çay stəkanı "Zeytun Bağları" zeytun yağı
Yarım dəstə cəfəri
2 ədəd yumurta
1 çay stəkanı üyüdülmüş quru çörək (suxari)
Duz, istiot, sarıkök, üyüdülmüş qırmızı acı bibər - zövqə görə
Qızartmaq üçün:
"Zeytun Bağları" zeytun yağı
Hazırlanması:
Əvvəlcə bulqurun üzərinə 1 stəkan qaynar su əlavə edib kənara qoyuruq.
Soğanı doğrayıb üzərinə qiyməni əlavə edirik.
Suyu çəkilənə yaxın bibəri xırda-xırda doğrayıb qiymənin üzərinə əlavə edirik.
Daha sonra islanmış bulquru qarışığa əlavə edirik.
Ədviyyatları da qiyməyə əlavə edirik.
Doğranmış qoz ləpəsini də əlavə edirik.
Cəfəri əlavə etdikdən sonra qiyməni sobanın üzərindən götürürük.
Yarım stəkan su ilə yarım stəkan duru yağı qarışdırırıq.
Lavaşı 3 künc şəkildə 4 yerə bölürük, iridirsə 6 yerə də bölmək olar. Fırça ilə lavaşların hər yerini isladırıq.
Və hər birinə 1 xörək qaşığı olmaqla qiymədən qoyuruq.
Şəkildəki kimi bükürük.
Əvvəlcə yumurtaya, sonra qurudulmuş çörək ovuntusuna batırırıq.
Tavaya duru yağ əlavə edib börəkləri qızardırıq.
Hazırdır. Nuş olsun!