Bu salatı hazırlamaq həm çox asandır,həm də süfrədə hər zaman arzu olunandır.
Tərkibi:
5 yumurta
1 qutu qaraciyər paşteti (özünüz də evdə hazırlaya bilərsiniz)
"Bizim Süfrə" klassik mayonezi
Göyərti
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
1.Yumurtalar qaynadıb ikiyə bölünür.
2.Yumurtaların sarısını ayırıb,başqa bir qabda qaraciyər paşteti ilə qarışdırılır.
3.Yumurtalar bu halda qalmalıdır.
4.paştetli yumurta sarısına göyərti əlavə edilir.
5.Mayonez əlavə edilib qarışdırılır.
6.Yumurta ağları şəkildəki kimi doldurulur.
7.Doldurulmuş yumurtaların üzəri zövqə görə mayonez və göyərti ilə bəzədilir.