Tərkibi:
Çiyələk
Qara üzüm
Moruq
Alma
Banan
Kivi
Krem üçün:
250 q kəsmik
100 q şəkər tozu
100 q portağal suyu
1 paket krem şanti
Portağal qabığı (rəndələnmiş halda)
Peçenye
Hazırlanması:
Meyvələri dilim-dilim doğrayırıq, almaların və bananların üzərinə limon şirəsi damızdırırıq ki, qaralmasın.
Doğranılan bütün meyvələri lay-lay qaba düzürük, hər lay meyvənin arasına portağal suyu damızdırırıq.
Meyvələr bu şəkildə düzülür.
Sonra krem hazırlanır. Kəsmiklə şəkər tozunu mikserlə çalırıq.
Sonra üzərinə şanti krem və portağal suyunu əlavə edib yenidən çalırıq.
Hazır kremi qalın bir şəkildə meyvələrin üzərinə yayırıq.
Sonra üzərinə bəzək üçün rəndələnmiş portağal və ovulmuş peçenye səpirik.
Meyvəli salatımız hazırdır.
Nuş olsun.
(Tərcümə edilib)
[/hide]