Qadin.NET / Yumurtadan göbələk (foto resept)

Yumurtadan göbələk (foto resept)

 

Tərkibi:

Yumurta

Qaraciyər paşteti

(Zövqünüzə uyğun içliklə də hazırlamaq olar)

1-2 qaşıq mayonez

İstənilən göyərti

Düz, istiot

Hazırlanması:

Əvvəlcə yumurtalar qaynadılıb soyudulur. Şəkildəki kimi kəsib sarısı ayırılır.

Qapaq hissələri tünd dəmlənmiş çayda 10-15 dəqiqə qaynadılır (tünd rəng alana qədər)

Yumurta sarısı, duz, istiot qaraciyər paşteti və mayonez bir yerdə çəngəllə qarışdırılır

(zövqünüzə uyğun əlavələr etmək olar).

.

Hazır qarışıq yumurta ağının içinə ehtiyatla doldurulur.

İçliklə doldurulmuş yumurtalar açıq hissəsi aşağı olmaqla göyərtinin üzərinə qoyularaq papaqlar üzərinə keçirilir.

Göbələklər hazırdır, istəyə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

                                                                                                                         (Tərcümə edilib)

25 sentyabr 2013
GO BACK