Qadin.NET / "Nərgiz buketi" salatı (foto resept)

"Nərgiz buketi" salatı (foto resept)

Tərkibi:

3-4 ədəd kartof

3 ədəd yumurta

1-2 ədəd "Bizim Tarla" xiyar turşusu

200 qr göbələk

1 ədəd soğan

2 dəstə göy soğan

Mayonez və ya xama

Duz

İstiot

Gül hazırlamaq üçün:

3-4 ədəd iri turp

Sarıkök

Diş çöpü

Hazırlanması:

 Əvvəlcə bütün ərzaqlar ayrı-ayrılıqda sürtkəcdən keçirilir. Göbələk və soğan xırda doğranıb yağda qızardılır.

Bizə 2 litirlik plastik butulka lazım olacaq. Əvvəlcə butulka ön və arxa hissəsi zövqünüzə uyğun hündürlükdə kəsilir və boşqaba otuzdurulur.

 Birinci qat - kartof, duz, istiotlanıb mayonezlənilir.

Salatı üst-üstə yığarkən qaşıqla üzərindən basaraq yığmaq lazımdır ki, ərzaqlar bir-birinə preslənsin.

İkinci qat - turşu xiyar

 Üçüncü qat - yumurta, duz, istiot, mayonez.

 Dördüncü qat - göbələk, mayonez.

 Beşinci qat - kartof duz, istiot, mayonez.

 Altıncı qat - yumurta duz, istiot, mayonez.

Sonuncu qata göyərti və ya göy soğan doğranıb səpilir.

Formanı ehtiyatla çıxarırıq.

Soğan yarpaqlarını gördüyünüz kimi uclarını kəsib şəkildəki kimi yığırıq.

Turp təmizlənilib bıçaqla nazik kəsilir. 
Bir nərgiz gülünü hazırlamaq üçün 6 ləçək lazımdır. Orta hissəsindəki sarı rəngi almaq üçün sarıköklə rəngləmək lazımdır.
Hazır güllər bitki yağı ilə yağlanılır ki, solğun görünməsin. Diş çöpü vasitəsilə gül yığılır. 
Hazır güllər salatın üzərinə yığılır və soğan yarpaqları aralarına batırılır. Salat lentlə bağlanılır.
Nuş olsun!
(tərcümə edilib)
24 fevral 2016
GO BACK