Tərkibi:
200 qr xama
200 qr mayonez
350-400 qr un (apardığı qədər)
və ya
200 ml kefir və ya qatıq
300-400 qr un (apardığı qədər)
0,5 ç/q soda
Duz
İçlik:
500 qr toyuq filesi
2 ədəd soğan
Duz, istiot
5 diş sarımsaq - zövqə görə (mütləq deyil)
Üzəri üçün:
2 paket duzlu çubuq
2 ədəd yumurta
Suxari
Qızartmaq üçün "Zeytun Bağları" zeytun yağı
Hazırlanması:
Kefir, soda, duz qarışdırılır və un əlavə edilib xəmir hazırlanılır.
Xəmir dincəldiyi müddətdə içlik hazırlanır.
Toyuq sinəsini soğanla birlikdə maşından keçirib duz, istiot vurub yaxşı qarışdırırıq.
Xəmiri yayıb kiçik dairələr kəsirik.
Hər dairənin ortasına duzlu çubuqdan qoyuruq (şəkildə gördüyünüz kimi).
Hər dairənin ortasına içlik qoyuruq.
Və gördüyünüz kimi sıx birləşdiririk.
Tən ortadan bıçaqla iki yerə bölürük.
Yumurtanı qarışdırırıq.
Hazır budları əvvəlcə yumurtaya, sonra suxariyə batırırıq.
Qızdırılmış yağda hər iki üzü orta istilikdə qızardırıq.
Qızardılmış budları salfet üzərinə düzürük.
İstəyə görə qızardılmış budların üzərinə suxari səpmək olar.
Yalançı bildirçin budlarımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)