Qadin.NET / "Futbol topu" salatı (foto resept)

"Futbol topu" salatı (foto resept)

Tərkibi:
200 q sevdiyiniz balıq növü (qeyd edim ki, bu ətdən və toyuqdan da hazırlana bilər)
400 q qaynadılmış kartof
300 q pomidor
2 ədəd yumurta
2 ədəd balaca soğan ya da göy soğanın saplağı (şəkildə gördüyünüz kimi)
Duz
Mayonez
Üzərini bəzəmək üçün:
3 ədəd yumurtanın ağı
Zeytun
Göyərti
Balığı qızartdıqdan sonra qoyun qırağa, azca soyusun, sümüksüz yerindən salat üçün ayırırıq, çəngəllə gördüyünüz kimi açırıq.
Pomidoru dördkünc formada doğrayırıq, kartofu, yumurtanı da doğrayırıq. Soğanı nazik-nazik, halqa şəklində doğrayıb hamısını bir qaba əlavə edirik ,azca duz və mayonez vururuq.

İndi salatı bəzəməyə başlayaq, hazırladığımız qarışıqdan təpə düzəldirik. Yumurtanın ağını xırda-xırda doğrayırıq, təpənin üzərinə əlavə edirik. Zeytunları da xırda-xırda doğrayırıq və topun üzərindəki qara rəngli dairələri düzəldirik, sonunda isə göyərtidən qabın qıraqlarına yığırıq.
Nuş olsun.
(Tərcümə edilib)
15 sentyabr 2013
GO BACK