Tərkibi:
2 ədəd yumurta
100 qr "Wellington" kərə yağı
1 ç.qaşığı duz
1 ç. qaşığı qabartma tozu
250qr un
İçlik üçün:
200 qr kəsmik
200 qr pendir
2 ədəd yumurta
2-3 diş sarımsaq
Azca duz
Zövqə görə göyərti
Göyərtini yuyub, təmizləyirik, xırda-xırda doğrayırıq.
Pendiri sürtkəcdən keçiririk.Pendirlə yumurtanı birlikdə yaxşıca qarışdırırıq.
Sonra kəsmiyi əlavə edib hamısını birlikdə qarışdırırıq.
Sarımsağı xususi sarımsaq əzənlə əzib, onun üzərinə əlavə edirik,göyərtini də əlavə edib qarışdırırıq,Əgər pendir duzludursa, o zaman duzunu az vurun.
Yağı və yumurtanı bir qabda qarışdırırıq,sonra unu,duzu,qabartma tozunu əlavə edib xəmir yoğururuq.
Bişirəcəyimiz qabı yağlayırıq,xəmiri qabın içinə yayırıq.Qabın qıraqlarını da yağlayın ki,bişəndən sonra qabdan çıxartmaq asan olsun.
İçliyi xəmirin üzərinə əlavə edib,hamarlayırıq.180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirirk.
Nuş olsun!
(Tərcümə edilib)