Qadin.NET / "Sürpriz" buterbrodu (foto resept)

"Sürpriz" buterbrodu (foto resept)

Tərkibi:

6 ədəd yumurta

1 ədəd baton çörək

"Zeytun Bağları" bitki yağı

Sousu üçün:

1 ç.q "Wellington" kərə yağı

1 ç.q un

1 stəkan ət bulyonu

100 qr xama

Duz

(Bu tərkiblə 4-6 porsiya alınır)

Hazırlanması:

Baton çörəyi 6 dilim halında doğranılır.

Sonra çörəyin ortasından içi götürülür.

İçi çıxarılmış çörək dilimlərini bitki yağında qızılı rəngə çalana kimi qızardırıq.

Kərə yağını əridirik.

Unu əlavə edib, yaxşıca qarışdırırıq.

Sonra ət bulyonunu əlavə edirik.

Xamanı əlavə edib qaynadırıq.

Qaynadıqdan sonra sousu bir qaba tökürük.

Çörək dilimlərini həmin qaba düzürük.

Sonra çörək dilimlərinin ortasına yumurta və duz vururuq.

180 dərəcədə 20-25 dəqiqə qızardırıq.

Buterbrodumuz hazırdır.

Nuş olsun!

(tərcümə edilib)

30 avqust 2013
GO BACK