Tərkibi:
300 qr çəkilmiş ət
500 qr göbələk
2-3 ədəd soğan
100-200 qr xama
500 qr qat-qat xəmir
300 qr holland pendiri
"Zeytun Bağları" zeytun yağı
(Ərzaqlar istəyə görə götürülə bilər)
Hazırlanması:
Göbəlky təmizlənilir, xırda kub şəklində doğranılır.
Soğan təmizlənib xırda doğranılır.
Soğan və göbələk bir yerdə qızardılır, hazır olanda üzərinə xama əlavə edilərək qarışdırılır.
Ayrı tavada çəkilmiş ət yağda qızardılır və hazır göbələyə qatılıb qarışdırılır.
Qat-qat xəmir nazik yayılıb, dairələr kəsilir.
Kəsilmiş dairələr formaya yerləşdirilir və üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir.
Pendirin üzərinə hazır içlik qoyulub, üzərinə sürtkəcdən keçirilmiş pendir səpilir.
180 dərəcədə 20-30 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.
Və ya
Tərkibi:
İstənilən içlikdən istifadə edilə bilər.
Hazırlanması:
Qat-qat xəmir azca yayılıb kvadrat şəklində kəsilir.
Maffin və ya keks qablarına gördüyünüz kimi yerləşdirilir.
İstənilən içliklə doldurulub, üzərinə holland pendiri səpilib, 180 dərəcədə 15-20 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.
Qəlyanaltılarımız hazırdır.
Nuş olsun!
( tərcümə edilib )