Tərkibi:
5 ədəd lavaş
1 banka konservləşdirilmiş balıq
2 ədəd soğan
2-3 ədəd kök
200-250 qr holland pendiri
1 iri dəstə şüyüd
Mayonez
1 x.q şəkər tozu
1 x.q. sirkə
Duz
(Ərzaqları zövqə uyğun seçmək olar)
Hazırlanması:
Əvvəlcə soğanı xırda doğrayıb üzərinə qaynar su, 1x.q şəkər tozu, 1x.q sirkə, duz əlavə edib 30 dəqiqə saxlayırıq.
Kök və pendiri sürtkəcdən keçiririk.
Konservləşdirilmiş balığı çəngəllə əzirik.
Şüyüd xırda-xırda doğranılır.
Birinci lavaşa mayonez çəkib, üzərinə balığı səpirik və rulet şəklində sıx bururuq.
İkinci lavaşa sıxılmış soğan səpirik, üzərinə mayonezi gördüyünüz kimi çəkirik və birinci lavaşı üzərinə qoyaraq bururuq.
Üçüncü lavaşa pendiri səpir, mayonezləyib burduğumuz ruleti qoyub bururuq.
Dördüncü lavaşa kökü səpib, mayonezləyib əvvəlki qayda üzrə bururuq.
Beşinci lavaşa şüyüd səpib mayonez çəkir və bururuq.
Ruletin kənarları kəsilir, sellofana büküb soyuducuya qoyulur (gecədən hazırlanıb qoyulsa, daha yaxşı olar).
Ruleti dilimləyib zövqünüzə uyğun bəzəyərək süfrəyə verə bilərsiniz.
Nuş olsun!
(Tərcümə edilib)