Tərkibi:
200 qr. toyuğun döş əti
150 qr. qoz
150 qr. mayonez
160 qr. bərk pendir
1 diş sarımsaq
Hazırlanması:
Toyuğun ətini suda qaynadırıq.
Qozu azca qovururuq.
Qaynadılmış əti və qozu ət maşınından keçirib mayonez, əzilmiş sarımsaq əlavə edirik.
Yaxşıca qarışdırırıq.
Daha sonra alınan kütlədən yumru kürəciklər düzəldirik. Bunları sürtgəcdən keçirilmiş pendirə batırırıq. "Rafaello"muz hazırdır.
Nuş olsun!