Qadin.NET / Ləzzətli rafaello (foto resept)

Ləzzətli rafaello (foto resept)

Tərkibi:

300-400 qr yağlı pendir

3 ədəd yumurta

10 ədəd qoz

2-3 diş sarımsaq

5 x.q mayonez

10 ədəd zeytun

Duz

İstiot

Hazırlanması:

Qoz xırdalanır.

Yumurta sürtkəcin xırda gözündən keçirilir.

Pendir də sürtkəcin xırda gözündən keçirilir.

Sarımsaq xırdalanır.

Bütün ərzaqlar dərin qaba tökülür, duz, istiot, mayonez əlavə edilib yaxşı qarışdırılır.

 
 
 

Qarışdırdığımız məhsuldan azca götürülür, ortasına zeytun qoyulub yumrulanır və xırdalanmış qoza batırılır.

 
 

Qəlyanaltımız hazırdır.

Nuş olsun!

                                                                                                                      (Tərcümə edilib)

9 mart 2016
GO BACK