Qadin.NET / İngilis salatı (foto resept)

İngilis salatı (foto resept)

Tərkibi:

Marinadlaşdırılmış göbələk

Soyutma yumurtanın ağı 

Soyutma kartof 

Toyuğun döş əti 

"Bizim Tarla" xiyar turşusu

Mayonez

Duz

İstiot

Hazırlanması:

Əvvəlcə yumurtanın ağını kub şəkildə doğrayırıq.

Sonra kartofu da bu formada doğrayırıq.

Göbələk turşusunu halqa-halqa doğrayırıq.

Duzlu xiyarı da xırda-xırda doğrayırıq.

Toyuğun ətini əlimizlə didirik.

Sonra hamısını bir qaba töküb qarışdırırıq.

Mayonez, duz, istiot vurub yenə də qarışdırırıq.

Forma vermək üçün istənilən qaba sellofan sərib həmin qarışığı içinə tökürük.

Sonra boşqabı tərs çeviririk.

İngilis salatımız hazırdır.

Nuş olsun.

9 fevral 2014
GO BACK