Qadin.NET / Kartoflu suşi (foto resept)

Kartoflu suşi (foto resept)

Tərkibi:

700-800 qr kartof

Konservləşdirilmiş balıq

2 ədəd orta boy soğan

1/2 x/q şəkər tozu

2 x/q doğranmış göyərti

 100 ml alma sirkəsi

1 x/q "Wellington" kərə yağı

"Bizim Tarla" xiyar turşusu
0,5 dəstə şüyüd

Duz, istiot

Hazırlanması:

Əvvəlcə baş soğan nazik doğranılaraq əllə ovuşdurulub üzərinə alma sirkəsi, şəkər tozu, doğranmış göyərti,

bitki yağı əlavə edilib qarışdırılaraq 15-20 dəqiqə saxlanılır .

Kartof qaynadılıb püre halına gətirilir, zövqə görə duz, istiot vurulub qarışdırılır və sellofan üzərində yayılır.
Üzərinə balıq, marinad edilmiş soğan, zövqə görə doğranmış xiyar sıra ilə düzülür.

Rulet şəklində sıx burulur.
Şüyüd xırda doğranılaraq sellofan üzərinə səpilir və hazır rulet üzərinə qoyularaq sellofana bükülür.

Bir müddət soyuducuda saxlayıb suşi formasında doğranılır.
Kartoflu suşimiz hazırdır.
Nuş olsun!
                                                                                                              (tərcümə edilib)

19 yanvar 2014
GO BACK