Qadin.NET / "Balıqqulağı" qəlyanaltısı (foto resept)

"Balıqqulağı" qəlyanaltısı (foto resept)

"Balıqqulağı" qəlyanaltısı (foto resept)

   Hazırladığımız qəlyanaltı ziyafət süfrələrinə maraqlı və qeyri-adi görünüş verir. İçlik üçün isə müxtəlif növ salatlardan istifadə edə bilərsiz. 

Tərkibi:
5 ədəd yumru çörək (bulka)

2 ədəd yumurta

100 q krevetka (qaynadılmış) 

50 q qırmızı kürü 

Mayonez 

Duz 

Duru yağ 

Bəzəmək üçün yumurta ağı 

Hazırlanması:  

İlk olaraq çörəyin üst hissəsini kəsirik, ancaq axıracan kəsməyin.

Çörəyin içini səliqə ilə çıxarırıq.
Və çıxardığımız çörəyi duru yağda qızardırıq.
 

Yumurtaları sürtkəcin xırda gözündən keçiririk.

 

Krevetkaları da xırda-xırda doğrayırıq. 

Hamısını bir qaba əlavə edib qarışdırırıq.

         Mayonezləyirik.           

 Səliqə ilə salatımızı çörəyin içinə doldururuq. Çörəyin arasına diş çöpü qoyuruq.

            Mirvari formasını vermək üçün bişmiş yumurta ağından dairə kəsib çörəyimizin içinə yerləşdiririk.

Budur, "Balıq qulağı" hazırdır. nyam 

Nuş olsun!


 (Tərcümə edilib)

11 may 2013
GO BACK