Qadin.NET / "Tbilisi" salatı (foto resept)

"Tbilisi" salatı (foto resept)

Tərkibi:

1 banka konservləşdirilmiş qırmızı lobya

200-250 qr qaynadılmış mal əti və ya toyuğun döş əti (mal ətidirsə 300 qr yağsız yerindən götürüb, duzlu suda qaynadırıq)

1 ortaboy qırmızı baş soğan

Acı bibərin yarısı

1 ədəd qırmızı bolqar bibəri

2-3 diş sarımsaq

50 qram qoz ləpəsi

Keşniş

Qara istiot

Xmeli-suneli (ədviyyatı) zövqə görə

"Azərduz" yodlu narın xörək duzu 

 

Üzəri üçün:

Zeytun yağı və üzüm sirkəsi.

 

Hazırlanması:

Əvvəl soğan yarı halqa şəklində doğranılır. Əgər soğan acı və suludursa, soğanı 2 dəqiqəliyə qaynar suda saxlamaq məsləhətdir.

Bibərin içini təmizləyib, doğrayırıq.

Ət dördkünc şəkildə doğranır, acı  bibər və sarımsaq da təmizlənib doğranır (sarımsağı sürtgəcdən də keçirə bilərsiniz).

Lobyanın suyu süzülür, yuyulur.

Bir qaba soğan, ət, bibər, sarımsaq, doğranmış kişniş, quru tavada qızardılmış qoz ləpəsi əlavə edib qarışdırılır.

Zövqə görə duz, istiot, xmeli-suneli əlavə edilir.

4-5 xörək qaşığı zeytun yağına bir xörək qaşığı sirkə qatılır.

 Salata əlavə edilir və qarışdırılır.

Salat hazırdır.

Nuş olsun!

(tərcümə edilib)

14 mart 2013
GO BACK