Qadin.NET / Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)

Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)

Lazım olanlar:

500 q. toyuğun qaraciyəri

2 x.q. xama

4 ədəd yumurta

0.5 x.q. un

2 çimdik istiot

2 çimdik "Azərduz" yodlu narın xörək duzu

2 x.q.  duru yağ


İçlik üçün:

2 ədəd  yerkökü

3 ədəd soğan

2 diş sarımsaq

5 x.q. "Bizim Süfrə"  klassik mayonezi

2 x.q. duru yağ


Hazırlanması:

Əvvəl yerkökünü yuyub sürtgəcdən keçiririk.

Soğanı da təmizləyib doğrayırıq. Tavanı qızdırırıq, 2-3 x.qaşığı duru yağ töküb soğanı və kökü qızılı rəng alana kimi  qızardırıq.

Sürtgəcdən keçirilmiş sarımsağı mayonezə əlavə edirik.

Ciyəri yuyuruq və ət maşınından çəkirik.  2 yumurta, 2 x. qaşığı xama, un, duz, istiot əlavə edirik.

Yaxşıca qarışdırırıq.
Tavanı  qızdırıb  yağ əlavə  edirik. Böyük qaşıqla ciyər qarışığından tavaya töküruk (təxmini 15 sm diametr).
Hər iki tərəfini qızardırıq.
Təxminən 5-6 blinçik alınır.
Hər layın arasına sarımsaqlı mayonez çəkirik.
Sonra  2-3 x.qaşığı qızardılmış kök və soğanı əlavə edib yayırıq.
Bu qayda ilə o biri layları da üst-üstə qoyuruq.
Üst qata mayonez çəkirik.
2 yumurtanı qaynadırıq. Sarısını çəngəllə əzib üzərinə səpirik. 1-2 saatdan sonra doğranıb süfrəyə verilir.
Qaraciyərdən hazırlanmış qəlyanaltımız  hazırdır.
Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)
Nuş olsun!  
(tərcümə edilib)       
20 fevral 2013
GO BACK