Tərkibi:
500 qr. hisə verilmiş toyuq budu
70 qr. holland pendiri
1 ədəd baş soğan
4 ədəd yumurta
100 qr. qoz ləpəsi
1 ədəd alma
50 qr. qara gavalı
Mayonez
Xama
Duz, istiot
Bəzək üçün:
100 qr. təmizlənmiş zeytun
1 ədəd yumurta
3 ədəd çerri pomidoru
Cəfəri
Hazırlanması:
Hısə verilmiş toyuq budunun dərisi soyulub, xırda kub şəklində doğranılır.
Soyutma yumurta nazik və uzun doğranılır.
Holland pendiri sürtgəcin xırda gözündən keçirilir.
Baş soğan xırda doğranılaraq üzərinə qaynar su əlavə edilir.
Alma sürtgəcin iri gözündən keçirilir.
Qara gavalı xırda-xırda doğranılır.
Soğan sıxılaraq suyu çıxardılıb toyuq ətinə qarışdırılır.Şəkildə gördüyünüz forma verilib, üzərinə xama və ya mayonez çəkilir.
İkinci qat: yumurta, mayonez və ya xama çəkilir.
Üçüncü qat: alma düzülür.
Dördüncü qat: pendir, mayonez və ya xamaya qarışdırıb istifadə edilir.
Beşinci qat: qara gavalı düzülüb üzərinə azca mayonez və ya xama çəkilir.
Hazır salatı sellefona büküb, 1-2 saatlıq soyuducuya qoyuruq, sonra üzəri bəzədilir.
Mayonez mətbəx şprisinə doldurulur, şəkildə gördüyünüz qaydada salatın üzərinə xəttlər çəkilir, aralarına qoz ləpəsi ikiyə bölərək qoyulur.
Cəfəri, pomidor, yumurta və zeytunla gül buketi hazırlayaraq salat bəzədilir.
Salatımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)