Qadin.NET / Payız salatı (foto resept)

Payız salatı (foto resept)

Tərkibi:
Toyuğun döş əti 300qr
Göbələk 300qr
Qarğıdalı 1 banka
Yumurta 2 ədəd
"Bizim Tarla" turşu xiyarı 2-3 ədəd
Soğan 1 ədəd
Qızartmaq üçün duru yağ.
"Bizim Süfrə" klassik mayonezi
Azərduz yodlu narın xörək duzu

Hazırlanması:
Toyuq əti bişirilir və didilir.
Göbələk yuyulur,doğranılır və qızardılır.
Soğan xırda doğranılır və qızardılır.
Yumurta bişirilir və rəndənin iri gözündən keçirilir.
Turş xiyar kubik formasında doğranılır.
Boşqabın içərisi bir az mayonezlənir.
Sonra hərəsindən bir lay üst-üstə yığılır,mayonzlənir və üzərinə qarğıdalı səpilir.
Təkrar birdə qalan ərzaqlar üst-üstə yığılır mayonezlənir,üzəri zövqə görə bəzədilir.
Payız salatımız hazırdır.
NUŞ OLSUN!


12 sentyabr 2010
GO BACK