Tərkibi:
300 qram çuğundur
300 qram yerkökü
150 qram qoz
150 qram nar
1 diş sarımsaq
"Azərduz" yodlu narın xörək duzu
"Bizim süfrə" klassik mayonezi və ya xama
(Ölçuləri artırıb-azaltmaq olar)
Hazırlanması:
Çuğundur və kökü qaynadıb soyuduruq (çox qaynayıb əzilməsin).
Soyuduqdan sonra qozu,kökü,çuğunduru və sarımsağı sürtkəcdən keçiririk.Narı da təmizləyib gilələyirik.
Ərzaqları bir qaba toküb qarışdırırıq.
Mayonezi və duzu da əlavə edirik.
Hamısını qarışdırandan sonra stəkanı boşqabın ortasına qoyub salatı ehtiyatla onun qıraqlarına tökürük.
Daha sonra üstünü qoz, nar, kök və göyərtiylə bəzəyirik.
Stəkanı ehtiyatla çıxarıb yerinə göyərti qoyuruq.
Nuş olsun!