Tərkibi:
500 qr. qat-qat xəmir
Qırmızı və sarı qida boyası
İstənilən salat
Bəzəmək üçün kahı yarpaqları
Metal borucuq
Hazırlanması:
Qat-qat xəmir yayılır.
Şəkildə gördüyünüz kimi kəsilib burulur.
Metal borucuğa ilan kimi burulur.
Qırmızı, sarı rəngli qida boyasını azca su ilə qarışdırıb fırça ilə rəngləyirik.
Sobaya bişməyə qoyulur.
Bişdikdən sonra metal borucuqlar çıxarılır və soyudulur.
Sevdiyiniz istənilən salat hazırlayıb sellofana tökülür
Qayçı ilə uc hissəsi kəsilir.
Hazır kök formalarının içərisinə salat doldurulur.
Kahı yarpaqları ilə zövqə görə bəzədilir.
Qeyri-adi surpriz kök salatımız hazırdır.
Nuş olsun!
( tərcümə edilib )