Qadin.NET / Badımcan kürüsü (foto resept)

Badımcan kürüsü (foto resept)

Badımcan kürüsü

 

Badımcan kürüsü (foto resept)

 

Tərkibi:

2 kq badımcan
1,5 kq "Bizim Tarla" doğranmış-soyulmuş pomidoru
0,5 kq bolqar bibəri
2-3 ədəd acı bibər
1-2 baş sarımsaq
0,5 kq soğan
300 ml bitki yağı
Azərduz yodlu narın xörək duzu, istiot,sarıkök

Hazırlanması:


Badımcanları soyub acısını çıxarmaq üçün 20 dəqiqə duzlu suda saxlayırıq.sonra onları bütöv şəkildə hər tərəfini yumuşalacaq qədər qızardırıq (çox qızarmasın amma).

 

Badımcan kürüsü (foto resept)

 

Sarımsaqları və soğanları ət çəkən maşından keçirib, badımcanları qızartdığımız tavada və həmin yağda bişiririk.

 

Badımcan kürüsü (foto resept)



Daha sonra bibərləri də maşından keçirib, soğanların üzərinə əlavə edirik və bir müddət qovururuq.

 

Badımcan kürüsü (foto resept)



Qızartdığımız badımcanları və pomidorları da maşından keçirib qarışdırırıq.

 

Badımcan kürüsü (foto resept)



Bunların üzərinə qovurduğumuz sogan və bibərləri də əlavə edirik.duz,istiot,sarıkök və yağını da vurub yaxşıca qarışdırırıq.

 

Badımcan kürüsü (foto resept)

 

Badımcan kürüsü (foto resept)



Vam ocaqda yaxşı qatılaşana kimi qovururuq. Və kürümüz hazırdır.

 

Badımcan kürüsü (foto resept)

 

Nuş olsun!
13 avqust 2010
GO BACK